Logo

Samuxda qaz olmayacaq


Bu gün saat 10:00-dan Samux rayonunun 4 yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, buna səbəb “Samux Əhali” ölçü qovşağından qidalanan qaz xətlərində texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı işlərin icra olunmasıdır.

Bundan başqa, bu gün saat 14:00-dan etibarən Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektində yerləşən “Asan Həyat” kompleksinin qazanxanasının qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək. Həmin vaxt Ağcabədi şəhəri, bir neçə kənd və qəsəbədə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Sosium,
10.10.2019 12:28 10
Teqlər: İqtisadiyyat.Az, sosium,