Logo

İflas olan kredit təşkilatı avtomobillərini topdan satacaq


İflas prosesində olan BOKT "Vijn Fond AzərKredit" MMC-yə məxsus 5 ədəd işlənmiş minik nəqliyyat vasitələrinin topdansatışı həyata keçiriləcək.

"Finans.az" xəbər verir ki, satışda iştirak etmək istəyən şəxslər ərizə formasını dolduraraq 16 oktyabr 2019-cu il tarixinədək cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsndə yerləşən ofisinə təqdim edə və ya trustee@azercredit.az e-poçt ünvanına göndətə bilərlər.

Nəqliyyat vasitələrinin minimum topdansatış qiyməti 58 500 manat olaraq müəyyənləşdirilib. Satış 23 oktyabr 2019-cu il tarixində keçiriləcək.

Avto,
10.10.2019 20:31 53
Teqlər: İqtisadiyyat.Az, avto,