Logo

Onlarla sahəni əhatə edən HESABAT - Azərbaycanın 141 ölkə arasındakı mövqeyi...


Dünyanın tanınmış qurumlarında olan Dünya İqtisadi Forumu 2019-cu il üçün 140 ölkəni əhatə edən iqtisadi rəqabətlilik reytinqini açıqlayıb. Azərbaycan ötən illə müqayisədə 11 pillə irəliləyərək 58-ci sıraya yüksəlib.
Yeniavaz.com Dünya İqtisadi Forumunun veb-saytında (www.weforum.org) yerləşdirilən ölkələrin iqtisadi rəqabətliliyi ilə bağlı hesabata ("The Global Competitiveness İndex 2019") istinadən bildirir ki, Azərbaycan iqtisadi rəqabətlilik üzrə keçmiş sovet respublikaları və region ölkələri arasında 6-cı sırada yer alıb.
Hesabatda keçmiş sovet respublikaları və region ölkələrindən
Estoniya 31-ci
Litva 39-cu
Latviya 41-ci
Rusiya 43-cü
Qazaxıstan 55-ci
Azərbaycan 58-ci
Türkiyə 61-ci
Ermənistan 69-cu
Gürcüstan 74-cü
Ukrayna 85-ci
Moldova 86-cı
Qırğızıstan 96-cı
İran 99-cu
Tacikistan 104-cü sırada yer alıb.
Hesabatda həmçinin göstərilir ki, son bir ildə qonşu ölkələr arasında iqtisadi rəqabətlilik baxımından ən çox irəliləmə Azərbaycanda qeydə alınıb. Reytinq siyahısında Azərbaycan ötən illə müqayisədə 11 pillə irəllilədiyi halda Gürcüstan 8, İran isə 10 pillə geriləyib. Ermənistan 1, Qazaxıstan isə 4 pillə irəliləyib.
Dünya İqtisadi Forumu açıqladığı iqtisadi rəqabətlilik reytinqini bazar institutlarının inkişaf səviyyəsi, infrastrukturun inkişafı, makroiqtisadi sabitlik, texnoloji inkişaf, təhsil və səhiyyənin səviyyəsi, maliyyə bazarlarının inkişafı, investorların müdafiəsi, nəqliyyatının keyfiyyəti və digər meyarlar üzrə araşdırıb.
Hesabatda ən yüksək göstərici elektrik enerjisi sisteminə qoşulma  sahəsində qeydə alınıb. Azərbaycan bu sahədə 141 ölkə arasında 2-ci yerdə qərarlaşıb.
Ən aşağı göstərici isə mətbuat azadlığı sahəsində qeydə alınıb. Bu sahədə Azərbaycan 141 ölkə arasında 133-cü sırada yer alıb.
Digər bəzi əhəmiyyətli sahələrdə Azərbaycanın mövqeyi 141 ölkə arasında belə olub:
Mütəşəkkil cinayətkarlığın səviyyəsinə görə 18-ci yer,
Sosial layihələrə ayrılan investisiyalar sahəsində 133-cü yer,
Korrupsiyanın səviyyəsinə görə 127-ci yer,
Yolların keyfiyyətinə görə 27-ci yer,
Hava limanlarının mövcudluğuna görə 79-cu yer,
İnternet istifadəçilərinin sayına görə 43-cü yer,
İnfyasiya səviyyəsinə görə 123-cü yer,
Sağlam həyat yaşaya bilmə müddətinə görə 97-ci yer,
Biznesin qeydiyyata alınma vaxtına görə 8-ci yer,
Biznesin qeydiyyatı üçün prosedurların sayına görə 34-cü yer,
Əmək haqqından tutulan vergiyə görə 107-ci yer,
ÜDM-in həcminə görə 69-cu yer,
Elmi nəşrlərin səviyyəsinə görə 105-ci yer,
Keyfiyyətli içməli su ilə təminat sahəsinə görə 60-cı yer,
Ümumiyyətlə isə iqtisadi rəqabətlilik reytinqinə Sinqapur, ABŞ və Honq Konq başçılıq edir. İqtisadi rəqabətlilik göstəricilərinin yüksək olan ölkələrin siyahısında ilk onluğu Niderland, İsveçrə, Yaponiya, Almaniya, İsveç, Böyük Britaniya və Danimarka tamamlayır.
İqtisadi rəqabətlilik reytinqinin son sıralarında isə Çad, Yəmən, Konqo, Haiti, Mozambik, Anqola və Brundi yer alıb.

Sosium,
09.10.2019 14:13 14
Teqlər: İqtisadiyyat.Az, sosium,