Logo

Toplanan gömrük rüsumu və vergilər azalıb


2019-cu ilin Sentyabr ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 376 milyon 759 min manat gömrük rüsumu və vergiləri daxil olub.

"Marja" Komitəyə istinadən xəbər verir ki, 2018-ci ilin Sentyabr ayı ilə müqayisədə daxilolma 47 milyon 349 min manat və ya 14,4% artıb, 2019-cu ilin avqust ayı ilə müqayisədə isə 18 milyon 42 min manat və ya 4,8% azalıb.

Avqust ayı ilə müqayisədə Sentyabrda toplanan gömrük rüsumu, ƏDV, aksiz vergisi və yol vergisi azalıb.

Büdcə daxilolmaları

Sentyabr 2018

Sentyabr 2019

Avqust 2019

Gömrük rüsumu üzrə

77431.10

104870.17

96723.30

ƏDV üzrə

230674.70

251628.45

272301.70

Aksizlər üzrə

18201.90

16789.38

22254.80

Yol vergisi üzrə

3102.90

3471.34

3521.70

Cəmi: (min manatla)

 

329410.60

376759.34

394801.50

Vergi,
09.10.2019 10:20 36
Teqlər: İqtisadiyyat.Az, vergi,