Logo

“PAŞA Bank”da POS terminal üzrə dövriyyə artıb


2019-cu ilin 1-ci yarısında “PAŞA Bank”da müştəri köçürmələri üzrə dövriyyə 16,8 milyard manat təşkil edib.

“Marja”nın məlumatına görə, bu gün Bakıda keçirilmiş mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə müştəri köçürmələri üzrə dövriyyə 19% artıb. Belə ki, ötən ilin 1-ci yarısında müştəri köçürmələri üzrə dövriyyə 14,1 milyard manat təşkil etmişdi.

2019-cu ilin 1-ci yarısında “PAŞA Bank” qrupunda valyuta alqı-satqısı (FX) üzrə dövriyyə isə 3,8 milyard manat təşkil edib. Bu ötən ilin eyni dövründə 3 milyard manat idi. POS terminal üzrə yarımillik dövriyyə isə 9,5% artaraq 190 milyon manatdan 280 milyon manata yüksəlib.

Bəhruz Nağıyev qeyd edib ki, “PAŞA Bank”ın POS-terminallarının sayı 4900-ü keçib. Ötən il bu say 2500 idi.

Bank,
08.10.2019 10:57 13
Teqlər: İqtisadiyyat.Az, bank,