Logo

Türkiyə sarımsaq idxalına gömrük vergisini endirib


Son aylar Türkiyədə sarımsaq kəskin bahalaşıb. Təkcə Sentyabrda qiymət artımı 42,6% təşkil edib. 
"Marja" xəbər verir ki, Türkiyə hökuməti sarımsağın daha çox bahalaşmasının qarşısını almaq üçün gömrük vergisini endirib. Belə ki, quru sarımsağın tonuna tətbiq olunan idxal gömrük vergisi 3 min dollardan 2 min dollara, digər sarımsaqlar üçün isə 4 min dollardan 3 min dollara endirilib.
2019-ci ilin ilk 8 ayı ərzində Türkiyəyə təqribən 950 min dollar dəyərində 1500 ton sarımsaq idxal olunub. Sarımsağın mühüm bir hissəsi İrandan idxal edilib.

Qeyd edək ki, Türkiyədə bazarlarında sarımsağın kiloqramının qiyməti 50 lirəni (təxminən 17 manat) görüb. 

Qaradənizdə davam etmiş yağıntılar sarımsaq istehsalını azaldıb və nəticədə qiymətlər rekord səviyyələrə yüksəlib.

Dünya,
08.10.2019 09:35 17
Teqlər: İqtisadiyyat.Az, dünya,