Logo

Azərbaycanlıların 5 ildə Türkiyədə aldıqları mənzillərin sayı açıqlandı


Yanvar 2015 - Avqust 2019 dövründə Türkiyədən ən çox mənzil alan xarici ölkə vətəndaşları açıqlanıb.

"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin dövrdə azərbaycanlılar Türiyədə 4 min 328 mənzil alıblar. 

24 min 20 ədəd mənzil alışı ilə iraqlılar 1-ci yerdədir.

 Səudiyyə ərəbistanlılar 12 min 11, küveytlilər 9 min 12, iranlılar 8 min 987, ruslar 8 min 579, əfqanlar 6 min 319, almanlar 5 min 273, ingilislər 4 min 721, ukraynalılar 2 min 654  mənzil alıblar. 

Əmlak,
07.10.2019 17:41 42
Teqlər: İqtisadiyyat.Az, əmlak,