Logo

Azərbaycan neftdən bir saniyədə nə qədər pul qazanır? - MƏBLƏĞ


Bu ilin ilk 7 ayı ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) AÇG yatağından 5 milyard 160 milyon dollar gəlir əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu il Neft Fondu gün ərzində orta hesabla neftdən 24,3 milyon dollar gəlir əldə edib. Nəticədə Fondun bir saatlıq gəliri 1,01 milyon dollar,  bir saniyəlik gəliri isə 16,8 min dollar olub.
Onu da bildirək ki, Neft Fondunun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə bu ilin ilk 7 ayında 209 milyon dollar olub. Bu isə o deməkdir ki, Fondun təbii qazdan əldə etdiyi gündəlik qazancı isə 986 min dollar təşkil edib.
Məlumat üçün qeyd edək ki, ötən il Neft Fondunun neft-qaz satışından əldə etdiyi gündəlik gəlir 28,4 milyon dollar, bir saatlıq gəliri 1,18 milyon dollar, 19,7 min dollar olub.

Sənaye,
07.10.2019 17:05 14
Teqlər: İqtisadiyyat.Az, sənaye,