Logo

Naxçıvan Vergilər Nazirliyi planı 113,5 faiz icra edib


Sentyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 113,5 faiz icra edilib.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən  bildirilib ki, daxil olmuş vəsaitlərin 31 faizi dövlət, 69 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb.

Məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 138,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 127,8 faiz əməl edilib. İstər vergilər üzrə, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra olunub.

Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə sentyabr ayı ərzində 2 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Bundan əlavə, bu dövrdə 208 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 79 faizi muxtar respublika rayonlarının payına düşüb. Bütün bu müsbət nəticələr dövlətimizin özəl sektora göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.(Marja)

Vergi,
07.10.2019 14:06 13
Teqlər: İqtisadiyyat.Az, vergi,