Logo

Əli Xəyyam “Mobitel”dən “Floor6”a keçdi


“Mobitel” şirkətinin Marketinq departamentinin direktoru Əli Xəyyam vəzifəsindən ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, özü məlumat verib: “Bəli, artıq “Mobitel” şirkəti ilə yollarımızı ayırdıq. Bu ayın əvvəlindən isə “Floor6”da icraçı direktor olaraq fəaliyyətə başlamışam.”

Məlumata görə, hazırda ölkənin 10-dan çox böyük şirkətinə xidmət göstərən “Floor6” “Maşın şou” proqramının SMM xidmətini də öz üzərinə götürüb.

Qeyd edək ki, Əli Xəyyam “Mobitel”də 2 il çalışıb. O, həmçinin şair, nasir və bədii deklamasiya ifaçısıdır.

Marketinq,
04.10.2019 17:01 955
Teqlər: