Logo

"Şamaxıda 100-ə yaxın fərdi ev sakinlərin ixtiyarına verilib" - RƏSMİ AÇIQLAMA


“Hazırda Şamaxıda zəlzələ olan ərazidə tikinti işləri davam edir. 100-ə yaxın fərdi ev sakinlərin ixtiyarına verilib".

Bunu Redaktor.az-a açıqlamasında Şamaxı rayon İcra Hakimiyyətinin  informasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev Şamaxıda zəlzələdən sonra hazırkı durumu qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, artıq 6251 vətəndaşın müraciətinə baxılıb:

“370-dən çox fərdi yaşayış evi qəzalı kimi, 1450-yə yaxın ev isə bərpa kimi qeydə alınıb. 2500-dən çox evin təmir olunması nəzərə alınıb”.

Sektor müdiri bildirib ki, 90 fərdi evdə hazırda işlər gedir: 

"Eyni zamanda, 600-ə yaxın evdə bərpa işləri görülüb, 500-ə yaxın evdə işlər davam edir. Həmçinin, 450-dən çox fərdi yaşayış evi təmir edilib.100-ə yaxın evdə də təmir işləri aparılır. Evləri sürüşmə ərazisində olan, yaxud da texnikanın keçə bilmədiyi ərazilərdə yerləşən sakinlər üçün də Şamaxıda ayrıca 3 çoxmənzilli bina tikilir”.

O, vurğulayıb ki,  binaların bu ilin sonuna kimi vətəndaşların istifadəsinə verilməsi gözlənilir.

Qeyd edək ki, ilin əvvəlində Şamaxı, İsmayıllı, Ağsuda 4-5 bal gücündə zəlzələ olub. Təbii fəlakət ən çox Şamaxı rayonuna zərər vurub.

Əmlak,
04.10.2019 15:14 20
Teqlər: İqtisadiyyat.Az, əmlak,