Logo

Azərbaycanla Bosniya şirkətləri Avropa nəqliyyat dəhlizinin tikintisinə hazırlaşır


Azərbaycanın “Azvirt” tikinti şirkətilə Bosniya və Herzeqovinanın “Hering” şirkətinin daxil olduğu konsorsium VC PanAvropa nəqliyyat dəhlizinin adıçəkilən ölkənin ərazisindəki 5,3 kilometrlik hissəsinin inşasına hazırlığa başlayıb.

İqtisadiyyat.Az xəbər verir ki, mayın 15-də şirkət Poprikuşe – Zenitsa sahəsinin Vranduk – Ponirak hissəsinin tikintisinə dair konsorsiumla 65,5 milyon avro məbləğində müqavilə imzalayıb. 24 ay ərzində inşası başa çatdırılacaq Vranduk – Ponirak yolunda üç viaduk, iki körpü, bir tunel olacaq.

Tikinti işlərinə nəzarət üçün Sloveniyanın “DRİ Upravljanije İnvesticij” konsorsiumu və Bosniyanın “Divel” şirkəti cəlb olunub.

Nəqliyyat,
04.10.2019 14:20 19
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,
İstinad: Report