Logo

"Apple" "iPhone 11" istehsalını artıracaq


ABŞ mərkəzli texnologiya şirkəti "Apple" "iPhone 11" və "11 Pro" smartfonlarının istehsalını artırmaq niyətindədir.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb sözügedən modellərə gözləniləndən daha çox tələbin olması olub.

"iPhone 11" istehsalını 10% artımağı planlaşdıran "Apple" həmin modeldən əlavə olaraq 8 milyon ədəd istehsal etməyi hədəfləyir.

Qeyd edək ki, "Apple" "iPhone 11", "11 Pro" və "11 Pro Max" modellərini 10 sentyabrda tanıtmışdı.

İKT,
04.10.2019 14:10 40
Teqlər: İqtisadiyyat.Az, İkt,