Logo

BP-nin yeni rəhbəri - BERNARD LUNİ OLACAQ


BP şirkətinin baş icraçı direktoru Robert Dadli 2020-ci ilin mart ayının 31-də istefa verəcək. O həmçinin şirkətin Direktorlar Şurasını da tərk edəcək.

İqtisadiyyat.Az xəbər verir ki, “APA-Economics”in BP-yə istinadən verdiyi məlumata görə, R. Dadlini BP-nin hasilat üzrə icraçı direktoru Bernard Luni əvəzləyəcək. O, şirkətin Direktorlar Şurasının tərkibinə gələn ilin fevralın 5-də daxil olacaq.

Qeyd edək ki, hazırda 64 yaşı olan R. Dadli BP-də 40 il müddətində çalışıb. Son 9 ildə isə o, şirkətə rəhbərlik edib.

Sənaye,
04.10.2019 12:01 18
Teqlər: İqtisadiyyat.Az, sənaye,