Logo

Türkiyədə "sarımsaq böhranı" yaşanır


Türkiyədə soğandan sonra "sarımsaq böhranı" yaşanır.

"Marja" xəbər verir ki, Türkiyədə sarımsağın qiyməti kəskin yüksəlib.

Türkiyə Statistik Komitəsinin (TÜİK) məlumatına görə, sentyabrda 42,58 faiz ilə ən çox sarımsaq bahalaşıb. Ölkədə Sentyabrda balqabaq 30,85 faiz, xiyar isə 27,75 faiz bahalaşıb. 
Sentyabrda ən çox ucuzlaşma 24,62% ilə limonda baş verib.

Qeyd edək ki, Türkiyədə bazarlarında sarımsağın kiloqramının qiyməti 50 lirəni (təxminən 17 manat) görüb. 

Yay boyunca Qaradənizdə davam etmiş yağıntılar sarımsaq istehsalını azaldıb və nəticədə qiymətlər rekord səviyyələrə yüksəlib. 

Dünya,
03.10.2019 14:55 21
Teqlər: İqtisadiyyat.Az, dünya,