Logo

SOCAR yerli fermerlərə gübrəni ixrac qiymətindən 35% baha satır


Bu ilin iyun-iyul aylarında SOCAR-ın Karbamid zavodu 45 min tona yaxın hazır məhsul satıb. Bu zaman gübrənin ixrac qiyməti ölkədəki satış qiymətindən 35% ucuzdur.

Dövlət Gömrük Komitəsinin məlumata görə, Türkiyəyə (22 193 ton), Ukraynaya (993,6 ton), Rumıniyaya (2825,8 ton), Bolqarıstana (10 166,62 ton) və Rusiyaya (8 752,5 ton) karbamid satışından 7 milyon 189 min dollar əldə edilib. Məhsul 159,99 dollar/ton yaxud 272 manat/ton qiymətinə ixrac edilib.

İyulda "Aqrolizinq" ASC SOCAR-la nəqliyyat xərcləri hesablanmadan bir tonu 420 manatdan 25 min ton karbamid gübrəsinin tədarükünə dair razılaşmanın imzalandığını açıqlayıb. Beləliklə, yerli kənd təsərrüfatı ehtiyacları üçün karbamidin qiyməti onun ixrac qiymətindən 148 manat yaxud 35% çoxdur.

Sənaye,
03.10.2019 22:34 17
Teqlər: İqtisadiyyat.Az, sənaye,
İstinad: Marja