Logo

"Yeni mənzillərin tikintisi azaldığından qiymətlərdə artım baş verir"


"Yeni mənzillərin tikintisində azalma müşahidə edilir. Təklif portfelinin azalması isə qiymətlərə artırıcı təsir edir”.

Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov  bildirib. 

Nüsrət İbrahimov deyib ki, avqust ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 0.73 faiz artım olub, il ərzində isə artım 2.23 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında avqust ayı ərzində 2.36 faiz artım olub, il ərzində isə 10.45 faiz artım baş verib.

Əmlak,
03.10.2019 12:26 15
Teqlər: İqtisadiyyat.Az, əmlak,
İstinad: Marja