Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu ada "Qarabağ"dan Abdullah Zubir, "Milan"dan Ruben Loftus-Çik, "Qalatasaray"dan Mauro İkardi və "Benfika"dan Anxel Di Mariya namizəd göstərilib.

"Qarabağ" pley-off mərhələsinin ilk oyununda "Braqa"nı məğlub edib - 4:2. Zubir bu görüşdə iki qol vurub