Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçiriləcək.

Gümüş medallar uğrunda mübarizə aparan "Zirə" azarkeşləri önündə "Araz-Naxçıvan"ı qəbul edəcək. Oyuna saat 19:00-da start veriləcək.

Azərbaycan Premyer Liqası

32-ci tur

29 aprel

19:00 Zirə - Araz-Naxçıvan

Baş hakim: Cavid Cəlilov

Zirə İdman Kompleksinin stadionu