Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, onun dövlət başçısı kimi səlahiyyət müddəti hələ başa çatmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Zelenski "Reuters"ə müsahibəsində deyib.

“Beş illik prezidentlik müddətim hələ bitməyib, çünki hərbi vəziyyət davam edir”, - deyə Zelenski bildirib.

Ukrayna Konstitusiyasına əsasən, 2019-cu ildə seçilən prezidentin səlahiyyətləri 2024-cü il mayın 21-nə keçən gecə başa çatıb.

 

Gözəl Həşimova