Kənd Təsərrüfatı Nazirliyi yaş baramanın qurudulması üçün yığım məntəqələrinin tikintisinə 3 milyon manata yaxın vəsait yönəldəcək.

"Marja" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi "Kaizen" MMC ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, Zaqatala rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsi tikiləcək.

Müqavilənin məbləği 2 milyon 844 min manatdır.