Sürücü və piyada məsuliyyətsizliyi: yol faciələrinin qarşısını necə alaq? - TƏHLİL

Mütəmadi olaraq, yollarda istər sürücülər, istərsə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasını hallarına rast gəlinir. Qayda pozuntusu əksər hallarda yol qəzalarına, sürücü, sərnişin və ya piyadanın xəsarət almasına və ya ölümünə səbəb olur. Mütəmadi maarifləndirmə kampaniyalarına baxmayaraq, istər sürücülərin, istərsə də piyadaların məsuliyyətsizliyi sonda faciələrə gətirib çıxarır. Təkcə bu ilin yanvar-sentyabr aylarında 1031 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1434 nəfər olub. Onlardan 520-si ölüb, 914-ü isə yaralanıb. Bu ilin 10 ayı ərzində piyadaların qaydaları pozması nəticəsində isə 23 yol qəzası olub, 9 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Bəs görəsən yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün daha sərt addımlar atılmalıdırmı?
Xəbərlər yüklənir...









