Azərbaycanda "Yaşıl Kart" sistemi çərçivəsində sığorta şirkəti xidmət göstərir.

Bu barədə İqtisadiyyat.az İcbari Sığorta Bürosundan (İSB) məlumat əldə edib.

"Yaşıl Kart" sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətləri bunlardır: “AtaSığorta” ASC, “Atəşgah Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Bakı Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.

Qeyd edək ki, əvvəllər "Yaşıl Kart" sistemi çərçivəsində 10 sığorta şirkəti xidmət göstərib. Siyahıda yuxarıda sadalananlarla yanaşı əlavə iki şirkət də (“Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti”, “Naxçıvansığorta”) olub.

Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro "Yaşıl Kart" sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.