Yaponiyanın milli valyutası yenin dollara nisbətdə məzənnəsi son 34 ilin ən aşağı səviyyəsinə düşüb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı biznes nəşri "Nikkei" məlumat yayıb.

Elektron valyuta ticarəti məlumatlarına əsasən, dollar 1990-cı ilin aprelindən bəri ilk dəfə olaraq 160 yenə yüksəlib. Yenin davam edən ucuzlaşmasının əsas amili inflyasiya ilə mübarizə üçün artırılan faiz dərəcələridir.

Onilliklər ərzində deflyasiyanın mənfi təsiri ilə mübarizə aparan Yaponiyada səlahiyyətlilər və tənzimləyicilər aşağı faizlər də daxil olmaqla, iqtisadiyyatı stimullaşdıran 2% inflyasiya hədəfinə nail olmaqda qərarlıdırlar.

 

Gözəl Həşimova