Bakıda keçirilən “Parçalanan dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun sonuncu günü öz işinə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, forumun sonuncu günündə “Regional perspektivlər: Avropa Birliyi və qonşuları”, “Qlobal çağırışlara davamlılığın artırılması: bərabərsizlik, resurs çatışmazlığı və miqrasiya ilə mübarizə”, “Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması”, “Gənclər danışır, biz dinləyirik” adlı dörd panel iclası keçirlməsi nəzərdə tutulub.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumunda 400-ə yaxın dünyaca məşhur siyasi xadimlər, eləcə də keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.