İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Qoran Erikssona xərçəng diaqnozu qoyulduqdan sonra həyata keçirmək istədiyi arzusunu açıqlayıb.

"Liverpul" klubuna aşiq olduğunu bildirən sabiq baş məşqçi bir günlük də olsa klubun baş məşqçisi olmaq istədiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, "Liverpul" rəhbərliyi buna biganə qalmayıb və gələn ay keçiriləcək "Liverpul" - "Ayaks" əfsanələrinin matçında "Liverpul"un məşqçilər korpusunda Sven-Qoran Erikssonun da olmasını təklif edib.

Martın 23-də Enfilddə keçirilməsi planlaşdırılan oyunda Eriksson Lan Ruaş, Con Barnes və Con Aldridc kimi "Liverpool" ikonları ilə birlikdə çalışacaq.