2024-cü ilin yanvar-mart aylarında “Unicapital İnvestisiya Şirkəti”nin “Bakı Fond Birjası”da apardığı əməliyyatların həcmi 1071 əqd üzrə 807,8 milyon manat təşkil edib. 

İqtisadiyyat.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 7,3% və ya 63,6 milyon manat azalıb.

Belə ki, 2023-cü ilin eyni dövründə “Unicapital”ın dövriyyəsi 871,4 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin birja əməliyyatlarının 435 milyon manatı repo, 116,34 milyon manatı dövlət qiymətli kağızlarının, 49,23 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 206,98 milyon manatı korporativ istiqrazların payına düşüb. İnvestisiya şirkəti həmçinin, bu ilin mart ayında səhmlər üzrə 220 min manat həcmində əməliyyat aparıb. 

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin 100%-lik səhmdarı “Unibank”a məxsusdur.