Ukrayna hakimiyyəti müharibədə həlak olan daha 100 hərbçisinin meyitini Rusiyadan geri alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

Mübadilədə Beynəlxalq Qızıl Xaç Komitəsi iştirak edib. Rusiya hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.

Ölənlərin cəsədlərinin dəyişdirilməsi sonuncu dəfə fevralın 16-da baş tutub. Rusiya tərəfi 58 Ukrayna hərbçisinin meyitini təhvil verib. 61 əsgərin cəsədi isə Rusiyaya qaytarılıb.

 

Gözəl Həşimova