UEFA oyun günü stadion gəlirləri baxımından ən çox qazanan 50 komandanı açıqlayıb.

İqtisadiyyat.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, 50-liyə girən tək türk klub "Qalatasaray" olub.

UEFA-nın açıqladığı məlumatda "sarı-qırmızılı"ların ev matçlarında hər matç üçün 1,3 milyon avro (43 milyon 240 min TL) qazandığı və 50 komanda arasında 33-cü pillədə qərarlaşdığı bildirilib.

Matç üzrə gəlirlər ən son gəlirin sözügedən maliyyə ilində oynanılan matçların sayına bölünməsi yolu ilə hesablanır. Bildirilib ki, UEFA yarışlarında ev oyunları, liqa və kubok matçlarını əhatə edir.

“Barselona” Avropanın ən çox bilet satışından qazanan klubu olub. Kataloniya komandasının oyun günü orta gəliri 7,6 milyon avro olaraq göstərilib.

PSJ 6,6 ilə ikinci, "Tottenhem" 5,6 3-cü, "Bayern Münhen" 5,2 ilə 4-cü və Arsenal 4,9 milyon avro ilə beşinci yerdədir.