Türkiyənin Muğla şəhərinin Milas-Muğla avtomobil yolunun Menteş qovşağında xidməti mikroavtobusla ticarət mikroavtobusu toqquşub.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada 4-ü ağır olmaqla 14 nəfər xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə Milas Dövlət Xəstəxanasına aparılıb.

Məlumata görə, qəzadan sonra avtomobillər alovlanıb və yanmağa başlayıb. Yanğın hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb. Nəticədə hər iki mikroavtobus yararsız hala düşüb.