Türkiyə şirkəti Azərbaycan bazarını tərk edir.

İqtisadiyyat.az xəbər verir ki, söhbət "Seha" şirkətindən gedir.

Şirkət ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, elektrik malları və elektrik avadanlığının satışı ilə məşğul olan "Seha" şirkəti Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 21 000 dollardır.

Xatırladaq ki, "Seha" şirkətinin fəaliyyətini dayandıracağı barədə məlumatlar 2017-ci ildən davam edir. Şirkət daha əvvəl 2019-cu ildə ləğv olunacağını açıqlamışdı.