Türkiyə 2035-ci ilə qədər bərpa olunan enerjiyə 73 milyard dollar sərmayə qoymağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki bu barədə Enerji və Təbii Sərvətlər Nazirliyinin Enerji Məsələləri Baş direktorunun müavini Ramazan Usta bildirib.

Onun sözlərinə görə, aprelin sonunda Türkiyənin bərpa olunan enerji qaynaqlarının ümumi quraşdırılmış gücü 63 min meqavata çatıb:

"Milli Enerji Planına əsasən elektrik enerjisində ümumi quraşdırılmış gücün 2025-ci ilə qədər 116 min 200 meqavata, 2030-cu ilə qədər 149 min 100 meqavata, 2035-ci ilə qədər isə 189 min 700 meqavata çatdırılması hədəflənib.

Bu hədəflərə çatmaq üçün 2035-ci ilə qədər ən azı 73 milyard dollar investisiya tələb olunur".

 

Gözəl Həşimova