Türk Hava Yolları inkişaf strategiyası çərçivəsində təyyarə istehsalçıları "Airbus" və "Boeing" ilə 235 təyyarə almaq üçün danışıqlar aparır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin milli aviadaşıyıcısının İdarə Heyətinin sədri Əhməd Bolat bildirib.

Onun sözlərinə görə, onillik inkişaf planı nəzdində şirkətin donanmasının 600-ə yaxın təyyarə ilə artırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin dekabrında Türk Hava Yolları "Airbus" ilə Avropa istehsalçısından 70 milyard dollar dəyərində 355 təyyarə almaq üçün müqavilə imzalayıb.

Türk Hava Yollarının hazırda əsasən yeni nəsil (Airbus və Boeing) olmaqla 440 təyyarəsi var. Şirkət dünyanın aparıcı aviadaşıyıcılarından biridir.

 

Gözəl Həşimova