Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün üç görüş baş tutacaq.

Günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni sınağa çəkib. Qarşılaşma Tovuz təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

22-ci tur

13 fevral

“Turan Tovuz” – “Qəbələ” 2:1

Qollar: Aleks Souza, 43. Ayxan Hüseynov, 53 – Bilel Auaşeriya, 77.