Mayın 3-ü BMT-nin vasitəçiliyi ilə “taxıl sazişi” üzrə danışıqların keçirilməsi planlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı adı açıqlanmayan ukraynalı mənbə verib.

Mənbənin sözlərinə görə, danışıqlarda bütün tərəflər iştirak edəcək.

Bununla belə, görüşün yeri barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, “taxıl sazişi” 2022-ci ilin iyulunda Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən razılaşdırılıb. Saziş Qara dənizdə Ukrayna limanlarından taxıl daşınmasını təmin edir.