Tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, jurnalist Ramiz Əskər vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Qeyd edək ki, Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində anadan olub.

Ramiz Əskər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət”, ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.