Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldı - Deputat

2020-ci il noyabrın 8-də Azərbaycan xalqı tarixin ən şanlı səhifələrindən birini yazdı. Müzəffər Ordumuzun qəhrəman əsgər və zabitləri misilsiz igidlik göstərərək, strateji və mənəvi baxımdan mühüm əhəmiyyət daşıyan Şuşa şəhərini işğaldan azad etdilər. Yolsuzluq şəraitində, sıldırım qayalardan və dərin dərələrdən keçərək həyata keçirilən bu əməliyyat, Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldı.
Xəbərlər yüklənir...









