Sumqayıt şəhərində dörd nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə İqtisadiyyat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 22-də Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır

***

23.04

Sumqayıtda zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, ana və onun üç uşağının vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, şəhərin 13-ci mikrorayonunda yaşayan bir ailənin dörd üzvü dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.//APA//

***

22:06

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.

Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşadırma aparılır.//APA//