Bu gün “Sumqayıt” FK ölkəmizdə təlim-məşq toplanışı keçirən Türkmənistanın “Nebitçi” kollektivi ilə qarşılaşıb.

İqtisadiyyat.az xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən qarşılaşmada komandamız 2:4 hesabı ilə məğlub olub. Komandamızın qollarını Qabil Əlizadə və Əjdər Hacılı rəqib qapısından keçirib.

Yoldaşlıq oyunu

28 mart

“Sumqayıt” – “Nebitçi” (Türkmənistan) 2:4

Qollar: Qabil Əlizadə, Əjdər Hacılı