“Sumqayıt” FK Azərbaycanda təlim-məşq toplanışında olan Türkmənistanın “Nebitçi” klubu ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Fevralın 28-də “Kapital Bank Arena”da baş tutacaq qarşılaşmaya saat 16:00-da start veriləcək.