"Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

İqtisadiyyat.az xəbər verir ki, 2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu Cordan Rezabala ilə müqavilə imzalayıb. 23 yaşlı ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.

Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb