Soveks ASC-yə yeni sədr seçiləcək.

İqtisadiyyat.az xəbər verir ki, iyulun 13-də şirkətin ümumi yığıncağı keçiriləcək.

Ümumi yığıncağın gündəliyində aşağıdakı məsələlər müzakirə olunacaq:

1. Soveks ASC-nin 2023-ci il üzrə illik hesabatı,

2. Təşkilati məsələ: idarə heyəti sədrinin seçilməsi,

3. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilən məsələlər.

Qeyd edək ki, Soveks ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 154 646 manatdır.