Sloveniya Rusiyanın Lyublyanadakı səfirliyində fəaliyyət göstərən rus diplomatını deportasiya etmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, rusiyalı diplomat diplomat statusuna uyğun olmayan fəaliyyətlə məşğul olduğu üçün persona non-qrata elan edilib.

Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq alınan qərara görə, rus diplomat martın 28-dək Sloveniyanı tərk etməlidir.

 

Sadiq Cavadov