Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyi qısamüddətli qalmalar üçün "Şengen" vizalarının rüsumlarının artdığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Yeni qaydalar iyunun 11-dən bütün dünyada qüvvəyə minəcək. Məlumata görə, rüsumların artırılması layihəsi fevralda təqdim olunub.

Bildirilib ki, C tipli "Şengen" vizasının qiyməti 12% artacaq.  Böyüklər üçün viza 90 avro, 12 yaşdan kiçik uşaqlar üçün 45 avro olacaq. Hazırda böyüklər üçün viza rüsumu 80 avro, 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün 40 avro təşkil edir.

Qeyd edək ki, Avropa Komissiyası hər üç ildən bir "Şengen" vizalarının qiymətini inflyasiya və Avropa İttifaqında dövlət qulluqçularının orta maaşları əsasında nəzərdən keçirir.

 

Gözəl Həşimova