Bu gün düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə Ağstafa rayon sakinidir. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü O.Novruzəlizadə rayonun Vurğun qəsəbəsinin sakini olub.

Şəhidimiz subay olub.

Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.