Antalyada təlim-məşq toplanışında olan "Şamaxı" klubu bu gün yoxlama oyununda özünü sınayacaq.

İqtisadiyyat.az xəbər verir ki, Şamaxı şəhər təmsilçisi Serbiyanın "Napredak" komandası ilə üz-üzə gələcək. Görüş Bakı vaxtıyla saat 16:00-da keçiriləcək.

Qeyd edək ki, "Şamaxı" ilk yoxlama oyununda Rumıniyanın "Botaşani" klubuna 1-0 hesabı ilə məğlub olmuşdu.