Rusiyada üç günlük prezident seçkiləri başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, hazırkı prezident Vladimir Putinin qalib gələcəyi gözlənilən seçkidə 112 milyondan çox seçici səsverməyə gedir.

Rusiyada 3 günlük seçki prosesi bugün başlayıb.Seçkidə qeydə alınmış 112 milyon 309 min seçici səs verəcək.

Seçkilərdə hazırkı prezident Vladimir Putinlə yanaşı daha üç namizəd mübarizə aparacaq. 24 ildir ölkəni idarə edən 71 yaşlı Putinin seçkilərdə qalib gələcəyi gözlənilir.

 

Gözəl Həşimova