Rusiya hökuməti mineral gübrələrin ixracı üçün kvotanı bu ilin iyunun 1-dən noyabrın 30-dək uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökümət məlumat yayıb.

Məlumata görə, ixrac üçün ümumi kvotanın həcmi 19,7 milyon ton olacaq.

Gübrələrin ixracı ilə bağlı mövcud kvotalar mayın 31-də başa çatır. Onların ümumi həcmi 16,95 milyon ton olub.

Kvotalar 2022-ci ilin dekabrında müəyyən edilib. Hökumət bu qərarın daxili bazarda kifayət qədər həcmdə gübrə saxlamaq məqsədi daşıdığını bildirib.

 

Gözəl Həşimova