"Fransa Ukraynaya hərbi qüvvələr göndərərsə, Rusiyanın reaksiyası təkcə siyasi xarakter daşımayacaq".

İqtisadiyyat.az "RİA" agentliyinə istinadən xəbər verir ki, nazirliyin Avropa departamentinin rəhbəri Artem Studennikov Rusiyanın belə bir vəziyyətdə hansı tədbirləri görəcəyini açıqlamayıb.

"Moskva Parisə xəbərdarlıq edib. Fransa qüvvələrinin Ukraynaya göndərilməsi nüvə silahına malik iki ölkə arasında münaqişə riskini artıracaq", - deyə o qeyd edib.

 

Gözəl Həşimova