"Qarabağ"ın futbolçusu Riçard Almeyda Portuqaliya mətbuatına açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, "ojogo.pt" saytına danışan yarımmüdafiəçi bu gün Avropa Liqasında "Braqa"ya qarşı keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb:

"Portuqaliyada oynayanda da "Braqa"ya hörmətim olub. Yaxşı heyət qurub ,Avropa Liqasında finala çıxmışdılar. "Qarabağ"a bənzəyirlər, amma maaşları bizdən yuxarı olan klubdur.

"Braqa" sabitdir, fəlsəfələrinə uyğun və fərq yaradan oyunçular seçirlər. Heyətlərində yüksək səviyyəli futbolçular var. Yaxşı oyun olacaq, ümid edirəm ki, növbəti mərhələyə yüksələcəyik. Bunun üçün əlimizdən gələni edəcəyik".

"Braqa" - "Qarabağ" oyunu saat 00:00-da start götürəcək